Hadisə / Azərbaycan

Sumqayıtda yol qəzasında 1 nəfər ölüb

1077
Sumqayıtda yol qəzasında 1 nəfər ölüb
Sumqayıtda ağır yol qəzası qeydə alınıb

PİA.AZ Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 8-i saat 13 radələrində Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qəsəbə sakini Anar Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayrıcına vurub.

A. Məmmədovun sərnişinlərindən Gülnar Səfərəliyeva hadisə yerində ölüb, digər sərnişini Fərqanə Səlimova xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.