Hadisə

Bakıda dənizdən meyit çıxarılıb

942
Bakıda dənizdən meyit çıxarılıb
Bakıda 21 yaşlı oğlanın meyiti sudan çıxarılıb

Liderinfo.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xəzər rayonunda dənizdə (sularda xilasetmə məntəqəsindən, təxminən, 700 m solda, nəzarət olunmayan ərazidə) 1994-cü il təvəllüdlü Məmmədov Pərviz Nazim oğlu batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. P.Məmmədovun cəsədi batdığı yerdən, təxminən, 400 metr məsafədən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.