Hadisə

İstanbul polisindən şok iddia - "LƏNKƏRANSKİ"NİN QARDAŞI "LOTU QULİ"NİN BAŞINA 5 MİLYON QOYUB

599
İstanbul polisindən şok iddia - "LƏNKƏRANSKİ"NİN QARDAŞI "LOTU QULİ"NİN BAŞINA 5 MİLYON QOYUB
Türkiyə polisi Rövşən “Lənkəranski”nin polkovnik qardaşının İstanbulda palnladığı əmliyyatın detalları barədə məlumat yayıb.

Gununsesi.info DHA-ya istinadən xəbər verir ki, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində ötən həftə İstanbulun Bakırköydəki AVM-dəki restoranların birində həyata keçirilən əməliyyatın detalları bəlli olub. Həyata keçirilən əməliyyat nəticəsində 4-ü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər yaxalanıb. Əməliyyat zamanı saxlanılan şəxslərdən 9 tapança götürülüb.
İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən verilən xəbərə görə, 2016-cı ilin 18 avqustunda Beşiktaş rayonu ərazisində azərbaycanlı mafiya başçısı Rövşən “Lənkəranski”nin öldürülməsindən sonra qardaşı Namiq Caniyevin intiqam almaq üçün İstanbula getdiyi bəlli olub.
Namiq Caniyev və Mehmet Sabri Şirinə 5 milyon dollar qarşılığında Rövşən “Lənkəranski”nin qatillərinin aradan götürülməsi barədə razılığa gəlindyi bildirilir. Hadisə zamanı saxlanılan şəxslərin üzüstə yerə yıxaraq fotoları çəkilib.
İstanbul polisindən şok iddia - "LƏNKƏRANSKİ"NİN QARDAŞI "LOTU QULİ"NİN BAŞINA 5 MİLYON QOYUB
İstanbul polisindən şok iddia - "LƏNKƏRANSKİ"NİN QARDAŞI "LOTU QULİ"NİN BAŞINA 5 MİLYON QOYUB