Hadisə

Şəhidimiz dəfn edildi

532
Şəhidimiz dəfn edildi
Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçusu Zeynalov Cabbar Firuddin oğlu bu gün anadan olduğu Saatlı rayonunda dəfn edilib

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 18 yaşlı şəhid əsgər rayonun Əhmədbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.