Hadisə

Bu ərazilərdə sürüşmə sahələri yenidən fəallaşdı - Siyahı

545
Bu ərazilərdə sürüşmə sahələri yenidən fəallaşdı - Siyahı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda bir necə gün əvvəl yağan yağıntıların nəticəsi olaraq, yenidən fəallaşan sürüşmə sahələrinin adlarını açıqlayıb

PİA.AZ xəbər verir ki, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə bildirib ki, hazırda daha çox cənub bölgəsində - Masallı rayonunun Qodman, Züvand, Güllütəpə kəndlərində, Lerikin Soru, Veri-Əliabad və Kirəvud kəndlərində, Ağsu aşırımında yerləşən Şamaxının Saqyan kəndindəki sürüşmə sahələrində, eyni zamanda Bakı-Şamaxı yolunun 106-111-ci km-lyində, Cəlilabad-Yardımlı, Muğanlı-İsmayıllı avtomobil yollarında nisbi aktivlik davam edir.

Ə.Qaralov deyib ki, Bakıda və Abşeron yarımadasında isə Hökməli qəsəbəsində, Masazır qəsəbəsində - "Zəli gölü" adlanan ərazidə, "Zığ" sürüşmə sahəsində nisbi aktivlik bu gün də müşahidə edilir.

Ekspedisiya rəisi hazırda aktivliyin qeydə alındığı sürüşmə sahələrinin fəallaşmasına insan amilinin də təsir etdiyini söyləyib.