Hadisə

Bakı sakinindən silah-sursat götürülüb

487
Bakı sakinindən silah-sursat götürülüb
Polis əvvəllər məhkum olunmuş Bakı şəhər sakinini saxlayıb. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Yasamal Rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Fərəcullayevdən “AKS-74” markalı avtomat silahı, 600 ədəd avtomat patronu və 3 ədəd patron darağı götürülüb.