Hadisə

Bakının mərkəzində fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb

542
Bakının mərkəzində fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb
Bakıda tikintidə ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün paytaxtın Səbail rayonunda tikilməkdə olan binada qeydə alınıb. Orada fəhlə işləyən, 55 yaşlı Rafiq Əliheydər oğlu Allahverdiyev binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.