Hadisə

Bakıda avtobus qəzası: Ölən və yaralananlar var

586
Bakıda avtobus qəzası: Ölən və yaralananlar var
Daxili İşlər Nazirliyi (DİN) Bakıda polisin öldüyü qəza ilə bağlı məlumat yayıb

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 25-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakinləri Kamran Abbasovun idarə etdiyi “Mercedes” və İsmayıl Babayevin idarə etdiyi “Isuzu” markalı (avtobus) avtomobillər toqquşub.

Nəticədə K.Abbasov hadisə yerində ölüb, İ.Babayevin 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən K.Abbasov mühafizə polisinin əməkdaşı olub.