Hadisə

Bakıda bina yandı, 7 nəfər zəhərləndi

636
Bakıda bina yandı, 7 nəfər zəhərləndi
Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, binanın şaxtasında 1-ci mərtəbədən 16-cı mərtəbəyə qədər olan 300 p.m elektrik naqili yanıb.

Yanğın zamanı tüstüdən zəhərlənən 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən aidiyyatı üzrə təhvil verilib. 4 nəfər binadan təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.