Hadisə

Ermənilər çox sayda yaralını helikopterlərlə daşıyır

787
Ermənilər çox sayda yaralını helikopterlərlə daşıyır
18:30 / Xəstəxanalarda yer qalmayıb

Xəbər verdiyimiz kimi aprelin 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu möqelərimizi və yaşayış məntəqələrimizi intensiv atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə amansız cavab verib.

Azərbaycan Müdafiə Nazirliyi döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Ermənistan kütləvi informasiya vasitələri də erməni tərəfinin itkilərinin çox olduğunu təsdiq edir. Belə ki, məlumatlara əsasən Xankəndi xəstəxanaları artıq yaralılarla dolduğundan, onlari İrəvan xəstəxanalarına aparırlar.

Yayılan məlumatlara əsasən bu gün gün ərzində Dağlıq Qarabağdan helikoprterlərlə çoxlu sayda yaralı İrəvanın Erebuni tibb mərkəzinə çatdırılıb.