Hadisə

Cəbhədə növbəti təxribat: Bir əsgərimiz şəhid oldu

686
Cəbhədə növbəti təxribat: Bir əsgərimiz şəhid oldu
Düşmən dövlət sərhədində növbəti dəfə təxribat törədib

Liderinfo.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Nazirlikdən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.