Hadisə
Gülər Əhmədovanın apellyasiya şikayətinə baxılacaq
802

Sabiq deputat Gülər Əhmədovanın apellyasiya şikayəti üzrə məhkəmənin prosesi keçiriləcək
Lent.az-ın məhkəmənin saytına istinadən məlumatına görə, onun şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun icraatına verilib.
Məhkəmə prosesi yanvarı 19-a təyin edilib.
Qeyd edək ki, G.Əhmədova şərti məhkumetmə cəzasının ləğv olunması və üzərindəki məhkumluğun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib. Qərardan narazı qalan G.Əhmədova apellyasiya şikayəti verib.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.
Oxşar xəbərlər:

Hacı Talehin şikayəti təmin olunmadı
Araşdırma
Taleh Bağırzadə apellyasiya şikayəti verdi
Hadisə
Xədicə İsmayılın məhkəməsi 20 gün sonraya qaldı
Azərbaycan
Sabah Ali Məhkəmə İlqar Məmmədov və Tofiq Yaqublunun şikayətinə baxacaq
Son xəbər
Erməni kəşfiyyatçının apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb
Siyasət / Son xəbər