Hadisə

Yasamalda dəm qazı faciəsi: 1 nəfər öldü, 2 nəfər ağır vəziyyətdə

629
Yasamalda dəm qazı faciəsi: 1 nəfər öldü, 2 nəfər ağır vəziyyətdə
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Yasamal rayonunda mənzildə 3 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub

Liderinfo.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş və zərərçəkmişləri huşsuz vəziyyətdə aşkar edib. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı onlardan birinin dəm qazından zəhərlənərək vəfat etdiyi və digər 2 nəfərin vəziyyətinin ağır olduğu müəyyən olunub.