Hadisə

Güclü külək Leriki işıqsız qoyub

547
Güclü külək Leriki işıqsız qoyub
Ötən gün axşam saatlarından etibarən başlayan güclü külək Lerikdə bir sıra fəsadlara səbəb olub
[b][/b]
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, güclü külək əsasəsən rayonun ekelektrik təsərrüfatını iflic vəziyyətə salıb.

Belə ki, rayon ərazisində 100-dən çox elektrik dirəyi aşıb, nəticədə min metrlərlə naqil sıradan çıxıb. Ümumilikdə, rayonun 150-dək yaşayış məntəqəsi işıqsız qalıb.

Rayonun müvafiq qurumları təbii fəlakətin nəticələrinin aradan qaldırılması işinə səfərbər olunublar. H. Məklikovun sözlərinə görə, günün sonunadək rayonun 70%-də elektrik enerjisinin verilişi bərpa olunacaq.rinfo.az/uploads/posts/2016-01/1452346567_1.jpg[/img]