Hadisə
Əli Kərimlinin əmisi oğlu barəsində cinayət içi açıldı
633

Baş prokurorluqda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qohumu olan İnqilab Kərimov barəsində cinayət işi başlayıb
Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 7 yanvar 2016-cı il tarixdə Fransada məskunlaşmış Azərbaycan vətəndaşı Kərimov İnqlab Qüdrət oğlunun "Facebook" sosial şəbəkəsinin özünə məxsus səhifəsində və kütləvi informasiya vasitələrində paylaşdığı fotoşəkildə odlu silahı - tapançanı nümayiş etdirərək ayrı-ayrı Azərbaycan vətəndaşlarını onların həyatları üçün real zorakılığı özündə əks etdirən öldürməklə hədələmə məzmunlu şərhlər yayması, eləcə də “İŞİD” terror təşkilatının Azərbaycan Respublikasında terrorçuluq fəaliyyətinə açıq çağırışlar etməsi hərəkətlərində cinayət əməllərinin əlamətlərinin mövcudluğuna əsaslı şübhələr olduğundan Baş Prokurorluqda həmin faktlar üzrə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (Terroçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə, İ.Kərimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.
Oxşar xəbərlər:

Həbs edilən MTN-çilərin dəqiq adları və vəzifələri məlum oldu - TAM SİYAHI
Siyasət
Astarada bəbir öldürən şəxs həbs edildi
Sosial
Bina yandıranların həbsi uzadıldı
İqtisadiyyat
Mingəçevir hadisələrinə görə həbs edilən baş leytenant nədə təqsirli bilinir?
Əsas Xəbər
Deputatın qardaşının cinayət işi ayrıca icraata verilib, istintaq gedir
Ana səhifə