Hadisə

Gəncə sakini dərmandan zəhərləndi

584
Gəncə sakini dərmandan zəhərləndi
Gəncədə zəhərlənmə faktı qeydə alınıb

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1969-cu il təvəllüdlü Flora Hüseynova dərman zəhərlənməzi əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

F. Hüseynovanın hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.