Hadisə

Nardaranda qətlə yetrilən polis zabiti- Video

1012
Nardaranda qətlə yetrilən polis zabiti- Video
Polis mayoru Vüqar Nəsibov evli olub, iki övladı var

Nardarandakı toqquşmada həlak olan iki polisdən birinin kimliyi məlum olub. Avtosfer.az femida.az-a istinadla xəbər verir ki, həlak olanlardan biri polis zabiti, 1975-ci il təvəllüdlü, mayor Vüqar Nəsibovdur. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub. Vüqar Nəsibov evli olub, iki övladı var. İkiqat dünya çempionu idi. Mərhum polis əməkdaşı sabah II Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Yaralanan polis əməkdaşları DİN-in hospitalında müalicə alır. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.