Hadisə

Qadın 10 aylıq körpəsini qoyub evi tərk etdi

811
Qadın 10 aylıq körpəsini qoyub evi tərk etdi
Zərdab rayon sakini itkin düşüb.

"Report"un xəbərinə görə, rayonun Əlvənd kənd sakini, 1984-cü il təvəllüdlü Aynur Daşqın qızı Qasımova noyabrın 6-da saat 13 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Onun evdən getməsindən xəbər tutan həyat yoldaşı Məhəbbət Qiyami oğlu Qasımov DİN-in "102" "qaynar xətti"nə və Zərdab Rayon Polis Şöbəsinə müraciət edib.

Polis Şöbəsindən "Report"a verilən məlumata görə, qadının itkin düşməsi ilə əlaqədər əməliyyat-axtarış qrupu yaradılıb, hazırda axtarışlar davam etdirilir.

Qeyd edək ki, Aynur Qasımovanın 10 aylıq körpəsi var. Körpə hazırda evdədir.