Hadisə

Səhiyyə naziri həbs olundu

831
Səhiyyə naziri həbs olundu
Monqolustanın Anti-korrupsiya Xidmətinin əməkdaşları ölkənin səhiyyə və idman naziri Qanxuyaqin Şiyleqdambanı tutublar

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Monqolustan Milli İnformasiya Agentliyi məlumat yayıb.
Məlumata görə, 40 yaşlı nazir kabinetində 250 min dollar rüşvət alarkən tutulub.
Nazirlə birlikdə köməkçisi və sürücüsü də saxlanılıb.
Qanxuyaqin Şiyleqdamba 2000-2004-cü illərdə Monqolustanın nəqliyyat və turizm nazirinin müavini, 2007-2008-ci illərdə ətraf mühiti mühafizə naziri olub.

Xəbərdə bildirilib ki, Monqolustan Xalq İnqilab Partiyasının baş katibi də tutulub.