Hadisə
Masallıda ağır qəza: yaralanan var
671

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı şəhərində iki “VAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub
PİA.AZ nazirliyin saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində avtomobillərdən birinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 09:58-də başa çatıb.
Oxşar xəbərlər:

Sumqayıtdakı dəhşətli qəza ilə bağlı yeni faktlar
Araşdırma
Qaçırdıqları avtomobillə dəhşətli qəzaya düşdülər - BAKIDA FACİƏ
Hadisə
MSN-in Telemexanika Zavodunda baş verən qəza nəticəsində ölən şəxsin kimliyi məlum olub - YENİLƏNDİ
Maraq / Araşdırma
Bakıda dənizdən meyit çıxarılıb
Hadisə
Bakıda ağır qəza: 4 yaralı
Araşdırma / Hadisə