Hadisə

Gəncədə qadın intihara cəhd edib

653
Gəncədə qadın intihara cəhd edib
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini 1967-ci il təvəllüdlü Arzu Quliyeva sol qolunun kəsilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Ona dərhal tibbi yarım göstərilib, vəziyyəti normal qiymətləndirilir. A. Quliyevanın sərxoş vəziyyətdə intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.