Hadisə

Qaçırdıqları avtomobillə dəhşətli qəzaya düşdülər - BAKIDA FACİƏ

842
Qaçırdıqları avtomobillə dəhşətli qəzaya düşdülər - BAKIDA FACİƏ
Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 1-də saat 01 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Elman Ağayevin idarə etdiyi həmyerlisi Pərviz Hadıyevə məxsus “Priora” və Sabirabad rayon sakini Ağaqulu Abasovun idarə etdiyi “Man” markalı avtomobillər toqquşub. Nəticədə E.Ağayev və sərnişinlərindən Rövşən Quliyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

P.Hadıyev 14-cü PB-yə ərizə ilə müraciət edərək “Priora” markalı avtomobilinin qaçırılmasını bildirib.

*****

03:49

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza Zabrat-Maştağa yolunda qeydə alınıb.

VAZ-2172 markalı minik maşını Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıda gedən və "Azpetrol" şirkətinə məxsus MAN markalı benzindaşıyan avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində minik maşının sürücüsü, 40 yaşlı Ağayev Elman Şirin oğlu və sərnişin, 38 yaşlı Quliyev Rövşən Əhmədağa oğlu hadisə yerində ölüblər, avtomobildəki digər sərnişinlər - 42 yaşlı Əzizov Mirvaleh Mirsaleh oğlu və 33 yaşlı Şərifov Əli Arif oğlu ağır xəsarətlər alıblar. Hər iki yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

İlkin ehtimala görə, qəzaya VAZ-2172 markalı avtomobilin sürücüsünün sürət həddini aşması səbəb olub.

Qeyd edək ki, MAN markalı yük maşını hadisə baş verən vaxt Zabrat-Maştağa yolunda geriyə dönüş edirmiş.