Əsas Xəbər
Kərəm Həsənovun maşını saxlanıldı: DYP rəisi işdən çıxarıldı
3661

Şamaxının yol polisi rəisi Mübariz Fətəliyev tutduğu vəzifədən azad edilib.
Bu barədə istiqlal.az-a məlumat hüquq-mühafizə orqanlarından daxil olub.
Məlumatda deyilir ki, Mübariz Fətəliyevin işdən çıxarılmasının səbəbi əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovla bağlıdır.
Bildirilir ki, bu günlərdə Şamaxıya gedən Kərəm Həsənovun avtomobili yerli yol polisləri tərəfindən saxlanılıb. Kərəm Həsənovu tanımayan polislər onunla kobud danışıb.
Sonradan maşınını saxladıqları şəxsin yüksək vəzifəli şəxs olduğunu bildikdə üzrxahlıq ediblər. Lakin Kərəm Həsənov bununla kifayətlənməyib.
O, yol polisləri barədə DİN rəhbərliyinə şikayət edib.
Bundan sonra Mübariz Fətəliyev işdən çıxarılıb.
Oxşar xəbərlər:

Başçı ilə yola getməyən idarə müdiri işdən çıxarıldı - Qobustanda məmur toqquşması
Ana səhifə
Beş avtoxuliqan saxlanılıb
Sosial / Kriminal
Tofiq Zeynalov və Mahir Həsənov cütlüyü Tovuzda tam bir «ailə konserni» yaradıblar
Ana səhifə / Araşdırma
Ucar Reyestr Xidməti rəisindən saxtakarlıq – İTTİHAM
Ana səhifə
Bakının bu yollarında sürət həddi aşağı salındı
Son xəbər / Araşdırma