Əsas Xəbər

««Görüş» restoranının sahibi Vaqif Şıxəliyev Sabirabaddan deputat olmaq istəyir…» - Belə deyirlər...

2600
««Görüş» restoranının sahibi Vaqif Şıxəliyev Sabirabaddan deputat olmaq istəyir…» - Belə deyirlər...
Bu barədə balansinfo.az-a elektron məktub göndərən Sabirabaddan olan oxucumuz P.Rəsulov olduqca maraqlı məsələlərə toxunur. Onun yazdıqlarından belə məlum olur ki, əslən Sabirabaddan olan, Bakıda «Görüş» restoranının sahibi, «Təzə Bazar» MMC-nin ərazisində qanunsuz fəaliyyət göstərən “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyev deputat olmağa hazırlaşır: «…Sabirabadda Vaqif Şıxəliyevi hamı yaxşı tanıyır. Sabirabadda qalmaqalları ilə yaddaqalan V.Şıxəliyev tanınmış şəxslərin adından istifadə edərək indiyədək müəyyən imtiyaz və mülklərə malik olub… Təsəvvür edin, bütün Sabirabad bilir ki, Ulu öndər Heydər Əliyevin
20 avqust 1993-cü il tarixli fərmanı ilə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilən Vaqif Şıxəliyev heç bir il bu vəzifədə duruş gətirmədi və Prezidentin 14 avqust 1995-ci il tarixli digər bir fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. İndi o, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyevin sayəsində və onun dəstəyi ilə deputat olmaq istəyir. Bu barədə bütün rayon danışır. Amma biz bilirik ki, bu mümkün olan iş deyil. Üstəlik, Azərbaycan MTN-i 2912-ci ildə onun doğma qardaşı oğlu Nurəli Şıxəliyevi narkotik qaçaqmalçılığına görə həbs etdi. Həmin rəsmi məlumatı MTN-nin rəsmi saytından götürmüşəm və sizə göndərirəm. «Azərbaycanda narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan şəxslər ifşa edildilər” başlıqlı, MTN-nin rəsmi məlumatında deyilir: “Azərbaycanda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib. Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin məlumata görə, onlardan ümumilikdə 20 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları - Şahverdiyev Baba Zakir oğlu, Əliyev Ceyhun Firudin oğlu, Şıxəliyev Nurəli Əliabbas oğlu, Həsənov İlham Sumbat oğlu, Bayramov Elşən Güloğlan oğlu və Heydərova Günel Rəhim qızı saxlanılıblar. Məlum olub ki, adları çəkilən şəxslər və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Rusiya Federasiyası istiqamətindən gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycan Respublikasına gətiriblər. Müəyyən edilib ki, Baba Şahverdiyev, Ceyhun Əliyev, Nurəli Şıxəliyev, İlham Həsənov, Elşən Bayramov, Günel Heydərova və qeyriləri cinayət əlaqəsinə girərək Rusiya Federasiyasının Moskva şəhərində külli miqdarda narkotik vasitə olan 125,46 qram kokain və sintetik narkotik vasitə olan 72,83 qram metadon əldə ediblər. Qrupun üzvləri həmin narkotik vasitələri “DVD player”in içərisində gizlədib “Moskva-Bakı-Moskva” reysi üzrə hərəkət edən “İkarus” markalı avtobusla “Samur” gömrük məntəqəsindən gizli keçirərək Bakı şəhərinə gətirərkən cinayət başında yaxalanıblar.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam edir”.
İndi belə bir adamın əmisi Sabirabaddan deputat olmaq istəyir. Biz Sabirabadlılar inanırıq ki, növbəti parlament seçkiləri ərəfəsində hakimiyyət rəhbərləri bunu nəzərə alacaq, adı yalnız qalmaqallarda və intriqalarda çəkilən bir şəxsin deputat seçilməsinə imkan verməyəcək…».
Məktubdakı bəzi məsələlərlə bağlı Vaqif Şıxəliyevlə əlaqə yaratmağa çalışdıq. Onun da mövqeyini öyrənib dərc etməyə hazırıq.