Əsas Xəbər

Bakı Kompüter Kollecində nə baş verir?

1213
Bakı Kompüter Kollecində nə baş verir?
Bakı Kompüter Kollecində rüşvət ayaq açıb yeriyir.

Kollecin proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ələddin Səfərovun rüşvət üstündə həbs edilməsindən artıq 6 aya yaxın bir müddət keçib.

Liderinfo.az gundelik-baku.com-a istinadən xəbər verir ki, bu müddət ərzində kollecdə yaxşılığa doğru nələr dəyişib, hansı yeniliklər baş verib, demək olar ki, bu barədə heç bir məlumat yoxdur.

Kollecin rəhbərliyi bu korrupsiya biabırçılığının hər vasitə ilə ört-basdır edilməsinə çalışır. Təəssüf ki, onun bu çalışmaları bəzi qurumların nümayəndələri tərəfindən müəyyən qarşılıq tapır da.

Bakı Kompüter Kollecinin direktoru İradə Səfərova şöbə müdirinə öz kanalları vasitəsilə hər cür dəstək verdiyi barədə xəbərləri var. Kollecin tələbə-müəllim heyətində isə bu rüsvayçılığı susqun şəkildə müşahidə edirlər. Belə qənaətə gəlmək olar ki, təhsil müəssisələrində həyata keçirilən antikorrupsiya tədbirləri gözlənilən nəticəni vermir.

Ələddin Səfərovun həbsindən dərhal sonra kollecin direktoru vəzifəsindən kənarlaşdırılmalı idi. Ən azı ona görə ki, bu tədbir istintaqın gedişinə müsbət təsir göstərə bilərdi. Lakin direktor hələ ki, öz vəzifəsindədir. Kompüter Kollecində işləri deyəsən, elə istiqamətə yönəldiblər ki, nəinki direktor, hətta həbs edilmiş şöbə müdiri də ortada heç nə baş verməyibmiş kimi, cəzadan yaxalarını qurtarmaq imkanı qazanmış kimi görünürlər.