Əsas Xəbər / Araşdırma

Nurçular Fərzəliyevin ətrafına necə yerləşib? – İDDİA

640
Nurçular Fərzəliyevin ətrafına necə yerləşib? – İDDİA
Nərimanov rayon İcra Hakimiyyətində nurçu şəbəkəni kimin himayə etdiyi məlum olub.

Liderinfo.az-ın xəbər verir ki, tia.az saytı belə bir məlumat yayıb.

Məlumatda bildirilir ki, Fətullah Gülən təriqətçilərinin Nərimanov RİH-də necə yerləşdirilməsinin təfərrüatları açıqlanıb.

Mənbənin qeydlərində iddia olunur ki, icra hakimiyyətində nurçuların kampaniyasına icra başçısının müavini Şahmar İbadov rəhbərlik edir. Bu "qara piar”ın baş kahini olan Ş.İbadov ölkədə mövcud olan qeyri-leqal təşkilatın üzvlərindən hesab olunur.

Qaynağımız qeyd edir ki, ölkənin gündəmini silkələmiş və Türkiyənin o zamankı baş naziri Ərdoğanın Bakıya səfər etməsi ilə nəticələnmiş nurçu qalmaqalı bir sıra məmurların başını yesə də, bəzi qüvvələr gizli şəkildə fəaliyyətini davam etdirir.

Əslində, sübut olundu ki, ölkənin müxtəlif dövlət sektorlarında nurçu şəbəkələr aktivləşib. Onların sırasında Prezident Administrasiyasında şöbə müdiri olmuş Elnur Aslanov istisna qeyd edilməlidir.

Çünki onun Gülənə "hocam” xitabı ilə yazdığı məktubu mətbuatda tirajlandı. Bütün bunlardan sonra yaranmış gərginliyə və narahatlığa son qoyuldu. E.Aslanov isə közərməkdə olan bu aktivliyin az-çox davam etməsinə səy göstərir. Onun kampaniyasında Ş.İbadovun da yer aldığı söylənir.

İddialara görə, Nərimanov RİH-də nurçu şəbəkənin başqa üzvləri də yerləşdirilib. Onların himayədarı olan Ş.İbadov isə icra başçısı Abidin Fərzəliyevin ən yaxın "silahdaşı” kimi təqdim olunur. A.Fərzəliyevin isə müavinin nurçu şəbəkəyə qoşulması haqda deyilənlərdən hər halda xəbəri olar.

Hətta Elnur Aslanovun bir neçə dəfə başçının qonağı olduğu söylənilir. Başçıya isə müavini həm də "qara kassa”ya rəhbərlik üçün gərəklidir.

Bizi izləməyə davam edin.