Əsas Xəbər

Bacarıqsız çekist, uğursuz Ağdam rayon icra başçısı- Raqub Məmmədov

14323
Bacarıqsız çekist, uğursuz Ağdam rayon icra başçısı- Raqub Məmmədov
MTN zabitinin Ağdam fiaskosu: bir ilə faş olan həqiqətlər və puç olan ümüdlər

Son günlər Ağdam rayonu ilə bağlı mediada ardıcıl məlumatlar yayılır. Maraqlıdır ki, cəbhə xəttində yerləşən və razisinin hələ də yarıdan çoxu işğal altında olan bu rayonla bağlı məlumatlar döyüş xəbərləri deyil ya sabiq icra başçısı, ya da yeni icra başçısının hələ də rəhbərliyi altında olan məmurların maliyyə maxinasiyaları və digər qanunsuzluqları ilə bağlı olur. Onu da qeyd edək ki, Ağdam rayonunun bu şəkildə gündəmə gəlməsi icra başçısı postunda Nizami Sadıqovun Raqub Məmmədovla əvəzlənməsindən təxminən bir il keçməsinə təsadüf edir. Xatırladaq ki, R.Məmmədov Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib

Baş verənlərdə medianın “yubiley” qeyd etməsi, yoxsa nəyisə gizlətməklə bağlı məşhur misalda göstərilən vaxtla bağlı olub olmadığını deyə bilmərik, amma reallıq odur ki, artıq bir ildən gündən artıqdır Ağdam yeni şəxs tərəfindən idarə olunur. Ağdam rayonunda son bir il ərzində baş verənlər və ümumiyyətlə yeni icra başçısının şəxsiyyəti ilə bağlı cumhuriyyet.az olaraq araşdırmalar aparmışıq və həmin nəticələri diqqətinizə çatdırırılq.

Raqub Məmmədov kimdir:komsomaldan MTN-ə gedən yol

Məlumat üçün bildirək ki, Məmmədov Raqub Allahverdi oğlu 1961-ci il avqust ayının 9-da Ağdam rayonu Xıdırlı kəndində anadan olub. Xıdırlı kənd orta məktəbində oxuyub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı institutuna daxil olub. Ali təhsilini başa vurduqdan sonar 1983-1986-cı illərdə Ağdam Rayon “İnqilab” üzümçülük sovxozunda mühəndis kimi fəaliyyət göstərib. 1986-1987-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Ağdam Rayon Komitəsində İkinci katib, 1987-1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində Birinci katib, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində çalışıb. 1993-2014-çü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanında xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 3 övladı , 2 nəvəsi var

Bütün bunlar rəsmi tərcümeyi haldır və bu rəsmi xəbərdə olan boşluqları, məsələn aqrar məsələlər üzrə mütəxəssis komsomolçunun birdən birə MTN strukturuna necə yol tapması ilə bağlı araşdırmalar aparıb diqqətinizə çatdıracayıq.

MTN çekisti niyə icra başçısı gətirildi?

Əgər icra hakimiyyətlərinin başına gətirilənlərin ən az 50 faizi MTN-dən olsaydı, bu, normal olmazdı. Amma bir çox dövlətlərdə belə təyinatlara rast gəlmək mümkündür. Bu, kütləvi və ənənəvi hal aldığı zaman normal qarşılanmır. Ancaq vaxtaşırı olaraq hüquq-mühafizə oranlarında çalışan insanlar da icra hakimiyyətlərində işləməyə dəvət edilirlər. Bu təyinatda hansısa qeyri-adilik olduğunu hesab etmirəm. Amerika Birləşmiş Ştatlarında həm hərbiçiləri, həm təhlükəsizlik sistemində çalışanları dövlət orqanlarında hansısa yüksək vəzifəyə təyin edlməsi halına rast gəlinir.

İndiki halda R.Məmmədovla bağlı təyinatı Ağdam rayonun sərhəd bölgə olması ilə əlaqələndirmək düzgün deyil. Ermənistanla sərhədyanı bölgələrdə, cəbhə xəttinə yaxın yerlərdə icra hakimiyyətlərində çalışanların hərbi və xüsusi xidmətlərdə çalışma təcrübəsinə malik olması bir çox məsələlərdə müsbət haldır. İstənilən anda belə insanların təcrübəsindən yararlanmaq lazımdır. Ancaq bu təyinatın onunla əlaqəsi olduğunu düşünmək sadəlöhvlük olardı. Onu da qeyd edək ki, bu təyinatdan sonra sosial şəbəkələrdə peşəkar xəfiyyənin cəbhə bölgəsində yerləşən rayona icra başçısı təyin edilməsini Azərbaycanın mümkün hərbi əməliyyatlara hazırlaşması kimi qiymətləndirən müzakirələr aparıldı. Amma bütün bunlar yalnız populist görüntüdür. Baş verənlər R.Məmmədovun mülkü fəaliyyətdə belə yetərincə qətiyyətli olmadığını göstərir.

Tərtər MTN-nində bacarıqsızlıq

İş təkcə bununla bitmir. Son günlər yayılan xəbərlər Raqub Məmmədovun əslində uğursuz çekist fəaliyyətinə görə Tərtər rayonundan kənarlaşdırıldığını göstərir. Özü də söhbət adi uğursuzluqdan yox cəbhə rayonu olan bir məkanda milli təhlükəsizliyə cavabdeh olan şəxsin məsuliyyətsizliyindən gedir. Bu günlərdə mediada yayılan bir məlumatı da cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 10-da Tərtərə səfər edib. Yerli mənbələrdən aldığımız məlumata görə, Şeyx Tərtərə tək getməyib, onu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, eləcə də QMİ və QDİDK sədrlərinin müavinləri, tanınmış şərqşünas-alim Vasim Məmmədəliyev müşayiət edib. O da bildirilir ki, Şeyxülislam Tərtərə helikopterlə gəlib.

Qeyd edək ki, Tərtər rayonundan son illərdə çoxlu sayda sakin Suriyaya gedərək radikal qruplara qoşulub. Mətbuatın yazdığına görə, son 3 ildə rayondan bir neçə nəfər Suriyada gedən döyüşlərdə öldürülüb, yaxud da yaralanaraq Türkiyəyə aparılıb. Hazırda Suriyada gedən döyüşlərdə onlarla rayon sakininin olduğu güman edilir.

Tərtərdə 90-cı illərdə vəhhabilik geniş yayılıb və yerli əhali arasında tərəfdar toplaya bilib. Sonrakı illərdə də rayonda vəhhabilər, radikal islamçılar xeyli fəal olublar. Ancaq Suriyada başlayan iç savaş və bu savaşda çoxlu sayda azərbaycanlıların öldürülməsindən sonra hakimiyyət orqanlarının respublika səviyyəli tədbirləri Tərtərdə də həyata keçirilib. Hüquq-mühafizə orqanları Tərtərdə radikal qrupların üzvü olan bir neçə nəfəri həbs edib, eyni zamanda rayonda radikal qrupları dəstəkləyən, onlara yardım edən şəxslər son aylarda nəzarətə götürülüb. Məhz bu cür xəbərlərin yayılmasından sonra Şeyxülislamın Tərtərə səfər etməsi rayonla bağlı hakimiyyətin narahatlığının hələ də qaldığını göstərir”. Tərtərdə vahabi və ümumiyyətlə radikal dini qruplaşmaların aktivləşmsə son illərə təsadüf edir və bu illər R.Məmmədovun rayonda MTN-ə rəhbərlik etdiyi dövrə təsadüf edir. Biz çekist-polkovnikin hansısa cərayana bağlı olduğunu iddia etmirik, amma cəbhə xəttində-erməninin ağzının içində vəhhabilərlə bağlı lazımı tədmirlər görülməməsinə ən azı BACARIQSIZLIQ qiyməti vermək olar.

… Və həmin bu bacarıqsız kadr başqa bir cəbhə xəttində olan rayona rəhbər göndərildi və elə ilk aylar göstərdi ki, adam yerində olmayan adamdır.

Daha bir yanlışlıq və tənbeh

Bu günlərdə yayılan digər bir məlumatda bildirilir ki, icra başçısı nəvəsinin doğulması şərəfinə 30 qurban kəsdirib. Bundan başqa Raqub Məmmədov nəvəsinin doğum evindən çıxması şərəfinə yeni dünyaya gələn körpənin qundağına 400 min manatlıq villanın açarını qoyub.

Qeyd edək ki, bir müddət əvvəl Adamın icra başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədzadənin cəbhə xəttində-səngərdə çəkdirdiyi fotolar yayılmışdı. Bayram günlərində yeni ili əsgərlərlə bir yerdə keçirdiyini əks etdirən fotolara isə tez bir zamanda Müdafiə Nazirliyi tərəfindən reaksiya gəlmişdi və icra başçısının oğlunun özünü «vətənpərvər» kimi təqdim etməyə çalışması yuxarı dairlərdə heç də xoş qarşılanmamışdı. Həmin dövrdə mətbu orqandarda buna görə Raqub Məmmədovun tənbeh olunduğu yazılmışdı. bu hadisədən əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən cəbhə xəttində foto və videoçəkilişlərin aparılması qadağan edilirdi. Bu hadisədən əvvəl prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən cəbhə xəttində foto və videoçəkilişlərin aparılması qadağan edilmişdi. Hətta cəbhəyanı rayonların rəsmiləri də oraya ezam olunmuş jurnalistlərə çəkiliş aparmalarını qadağan edərək, bunun sərəncamla tənzimlədiyini dəfələrlə bildiriblər.

Onu da xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə «qudurğanlıq» edən məmurlara xəbərdarlıq edib. Məsələnin maraqlı tərfəi isə odur ki, təqribən bir il əvvəl icra başçısı təyin olunan və heç bir zaman bizneslə məşğul olmayan Raqub Məmmədov bu qədər vəsaiti qısa müddət ərzində hardan qazanıb?

İş görmək, yoxsa danışmaq?

Vurğulamaq yerinə düşər ki, R.Məmmədov icra hakimi təyin olunandan bir neçə gün sonra mətbuata açıqlama verərək bu sözləri söyləyib: «Bu vəzifədə olduğum müddətdə dövlət başçısının mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam. Bilirsiniz ki, Ağdam rayonu cəbhə bölgəsində yerləşir. Rayon əhalisinin yarıdan çoxu məcburi köçkündür. Rayonun müəyyən hissəsi ermənilər tərəfindən işğal edilib. Bütün bunlar rayonun sosial-iqtisadi inkişafını əngəlləyən səbəblərdən biridir. Bütün bunlara baxmayaraq, biz Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, rayon əhalisinin sosial rifahının daha da yüksəldilməsi və digər məsələlərin həlli üçün əlimizdən gələni əsirgəməyəcəyik».

Rayon rəhbərinin dedikləri ilə həyata keçirdiyi əməllər üst-üstə düşmür. O, prezidentin etimadını doğrultmaq istəyirsə, ilk növbədə İcra Hakimiyyəti daxilində köklü kadr islahatları həyata keçirməli, büdcədən rayonun sosial-iqtisadi inkişafına ayrılan vəsaitlərin necə xərcləndiyini araşdırmalı və ən əsası gözü hansısa idarə, yaxud müəssisə rəhbərinin cibində olmamalıdır. Ağdamlıların iddiasına görə, başçı hələ ki, özünü müsbət tərəfdən göstərməyi bacarmayıb. Raqub Məmmədova xatırlatmaq istəyirik ki, Nizami Sadıqov məhz işinə göstərdiyi məsuliyyətsizliyin qurbanı oldu.
cumhuriyyet.az