Əsas Xəbər

Turizm Universitetində nə baş verir? - İDDİA

770
Turizm Universitetində nə baş verir? - İDDİA
2006-ci ildən fəaliyyətə başlayan Azərbaycan Turizm İnstitutu prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı qərarla Azərbaycan Turizm və Menecment Universiteti olaraq fəaliyyətini davam etdirir.

Universtetə son ilədək Cəfər Cəfərov rektorluq edirdi.

Bu ildən onun ADPU-ə rektor təyin olunmasından sonra Turizm Universitetinə Eldar Aslanov rektor əvəzi olaraq nəzarət edir.

Yaranmasından 10 il keçməsinə baxmayaraq universitet özünü doğrulda bilməyib. Ölkə turizmi və yerli kadr çatışmazlığı hələ də bərbad durumdadır.

Universiteti bitirən məzunların 70%-dən çoxu tamam başqa sahələrdə çalışırlar.

Bütün bu neqativ göstəricilərə baxmayaraq hər zaman bu universitet “BİZDƏ RÜŞVƏT YOXDUR” deyə qürurlanırdı. Halbuki, rüşvət almamaq onların vəzifə borclarıdır. Görünür öyünüləsi başqa göstəriciləri olmadığına görə, Turizm rəhbərləri bununla özlərinə “xal qazanmaq” istəyiblər.

Lakin, bizə gələn tələbə şikayətlərindən sonra məlum olub ki, bu ildən universitetdə rüşvət də öz addımlarını atmağa başlayıb.

“Netxeber.com”-a daxil olan şikayətlərdə bildirilir ki, Azərbaycan Turizm və Menecment Universitetin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Sahib Səfiyev tələbələrdən külli miqdarda pul yığaraq aradan çıxıb. sahib

Sahib Səfiyev nə az, nə çox, 30-ə yaxın tələbədən onların kəsrlərini düzəldəcəyini söz verərək rüşvət toplayıb. Lakin, bir müddət sonra müəllimin özü də aradan çıxaraq, itib. Bununla da universitetdə tələbə üsyanı başlayıb.

Adının çəkilməsini istəməyən tələbə bildirir ki, Sahib Səfiyev ondan pul alarkən bildirib ki, onun rektor Cəfər Cəfərov və rektor əvəzi Eldar Aslanovla yaxın münasibətləri var. Və bu puldan “yuxarılara” da çatacaq.

Tələbələr bildirir ki, hal-hazırda bu hadisə ilə bağlı universitetdə ajotaj yaranıb. Bir çox tələbə ondan kəsri düzəltmək adıyla alınan pullarını hələ də geri ala bilmir.