Əsas Xəbər

Sabunçu rayon 170 saylı məktəbdə yeni direktorun "yeni qanunları"

2176
Sabunçu rayon 170 saylı məktəbdə yeni direktorun "yeni qanunları"
Mirzəyevanın bu təhsil müəssisəsinin birinci siniflərinə şagird qəbulu üçün müəyyən etdiyi məbləğ məhz minumum 100 manatdan başlayır.


Son günlər ölkə mətbuatında ən çox müzakirə olan mövzü təhsil sahəsidir.

Etiraf edək ki, bu gün ölkəmizdə təhsilimizi yüksəltmək və onu daha intesiv şəkildə inkişaf etdirmək üçün dövlət tərəfindən çox böyük vəsaitlər xərclənir ki, nəticədə şəhər və rayonlarımızda çoxlu təhsil ocaqları tikilib istifadəyə verilmişdir. Bütün bunların qarşılığında dövlətimizin istəyi tək cəmiyyətə normal, savadlı və sağlam düşüncəli vətəndaş yetişdirməkdir. Əfsüslər olsun ki, bəzi məktəb direktorları dövlətimizin gördüyü təqdirəlayiq işlərdən öz şəxsi maraqlar üçün istifadə edirlər.

Bu günlərdə Sabunçu rayon 170 saylı orta məktəbdə baş verən hadisələr qeyd etdiyimiz məlumatları bir daha isbatlayır. Nəzərinizə çatdıraq ki, sözügedən məktəbin direktoru Nüranə Mirzəyevə işində yol verdiyi ciddi nöqsanlara görə direktor vəzifəsindən kənarlaşdırıldı. Məhz onun 170 saylı orta məktəbdə birinci siniflərə şagird qəbulu ilə bağlı sənədlərin qəbulunda baş verən özbaşınalıqlar maddi sübüt kimi qeyd etmək olar.

Məktəbə təqdim olunan zəruri sənədlərin arasında 100 manatlıq əsginazın da olması əsas, vacib şərtlərdən biri idi. Əks təqdirdə isə bütün sənədlər nəzərdən belə keçirilmədən geri qaytarılır. İddialara görə, 170 saylı orta məktəbin direktoru Nuranə İdris qızı Mirzəyevanın bu təhsil müəssisəsinin birinci siniflərinə şagird qəbulu üçün müəyyən etdiyi məbləğ məhz minumum 100 manatdan başlayır.

170 saylı orta məktəbə yeni təyin edilən direktor heç də təhsilimizə xeyir verəcək imkanlarda deyil. Sanki təhsil sahəsinə gəlir mənbəyi kimi baxan direktor, məktəbdə “yeni qanunlar” kəşf etmək eşqindədir. Növbəti yazılarımızda Sabunçu rayon 170 saylı orta məktəbdə baş verən qanunsuzluqlar barədə məlumat veriləcək. Necə deyərlər. “Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən”. Ardı var…dosye.org
LİDERİNFO.AZ