Əsas Xəbər

Arif Qasımovun "taxt"a oxşayan — KRESLOSU

1150
Arif Qasımovun "taxt"a oxşayan — KRESLOSU
Nizami Rayon İH başçısı Arif Qasımovun "taxt"a oxşayan — KRESLOSUBakı şəhəri Nizami Rayon İH-nin başçısı İcra Hakimiyyətinin rəsmi internet səhifəsində maraqlı fotosunu yerləşdirib

Nizami rayonu ilə bağlı bir araşdırma apararkən İcra Hakimiyyətinin rəsmi internet səhifələrində "İH-nın Başçısı" bölməsində başçı haqqında yerləşdirilmiş məlumatda maraqlı hala rast gəldik.

İH başçısı Arif Qasımovun tərcümeyi-halı yox, elə həmin bölmədə yerləşdirilmiş fotosu diqqətimizi daha çox çəkdi.

Belə ki, İH başçısının kabinetində oturduğu kreslonun böyüklüyü və əzəməti istər-istəməz gözə çarpır.

İxtisasca hüquqşünas olan və vəzifə mərtəbələrini pillə-pillə çıxan Arif Qasımovun belə əzəmətli kresloya həvəsi hər halda təsadüf olab bilməz.

Ötən il, Rusiya saytlarının dövlət başçılarınınn iş otaqları haqda yaydığı xəbərdə Azərbaycan prezidenti İlham Əliyevin kabineti də daxil bir çox ölkə rəhbərlərinin kabinetlərinin fotosuna yer verilmişdi. Lakin heç bir prezidentin, baş nazirin kreslosu Arif Qasımovun kreslosundan daha əzəmətli deyildi...

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.olke/az