Əsas Xəbər

Akif Səlimovun şöbə müdiri Jürnalistlərə qarşı qoçuluq edir

2179
Akif Səlimovun şöbə müdiri Jürnalistlərə qarşı qoçuluq edir
Laçın rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq Şöbəsinin müdiri həmçinin Akif Səlimovun xüsusi imtiyazlı qoluçomağı Fizuli Tanırverdiyev Mətbuatı hədələdi

Portalımıza Laçın rayonundan şikayətlərin ardı-arası kəsilmir. Bir qayda olaraq şikayətlər Laçın rayon İcra hakimiyyətinin başçısı Akif Səlimovun korrupsia əmməllərindən və Laçın rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyevin Laçın Təhsilini korrupsiya burulğanında batırmasından həmçinin Akif Səlimovla Malik Vəliyevin əlbir olub Rayon Təhsilini talan-qarat etmələrindən ibarətdir. Vətəndaşlar Rayon Təhsilində Malik Vəliyevin rüşvət qarşılığında yaratdığı xaos haqqında yuxarı təşkilatlara mütəmadi etdikləri şikayətlər araşdırılmadan şikayət olunan şəxslərə göndərilir ki, bunlarda məharətlə öz əməllərini örtbasır etməklə məşquldurlar. Vahim olanı budur ki, Akif Səlimovun qoluçomağı Fizuli Tanırverdiyev Laçın rayonunda baş vermiş neqativ hallardan vətəndaşlar yuxarı inistansiyalara eləcədə kütləvi informasiya vasitələrinə müraciət etdikdə dərhal Akif Səlimovun məhkəməsinə verərək Vətəndaşların haqq səsini boğur. Fizuli Tanırverdiyev hüquqşünas olan Başçısına və hüquqşünas olmasına güvənərək məhkəməyə vermədiyi kütləvi informasiya agentliyi qalmayıb. Fizuli Tanırverdiyev yüksək məharətlə məhkəmələr vasitəsi ilə Laçın rayonunun İcra Hakimiyyətinin başçısı Akif Səlimovun və Malik Vəliyevin eləcədə Rayonu korrupsiya girdabında boğan digər məmurların korrupsiya əmməllərini örtbasır edir, etməyədə davam edir.

Hətta bizə verilən məlumatda bildirilirki Akif Səlimov Rayonda Fizuli Tanırverdiyevə xüsusi imtiyazlar verib. Fizuli Tanırveriyevdə hər vəchlə bütün imtiyazlardan istifadə edərək mətbuatı məhkəmələrlə hədələyir, rayonda baş vermiş korrupsiya faktlarının işıqlandırılmasının qarşısını alır.

Bizi izləyin, ardı gələn sayımızda.