Əsas Xəbər

Valideynlər naziri Suraxanıda məktəbə çağırdı: “Gəlin, öz gözünüzlə görün” - VİDEO - FOTOLAR

933
Valideynlər naziri Suraxanıda məktəbə çağırdı: “Gəlin, öz gözünüzlə görün” - VİDEO - FOTOLAR
İki gün ərzində yağan güclü yağış Suraxanı rayonu Hövsan qəsəbəsi 280 saylı məktəbə gedən yolu bərbad vəziyyətə salıb. Hövsan sakinləri hər gün istifadə etdikləri bu yolun keçilməz olduğundan Cebhe.info-ya şikayətləniblər.

Onların sözlərinə görə, yağış başlayanda məktəb yolunda və həmin əraziyə yaxın yollarda su dizə qalxır. Şagirdlər yolun bir tərəfindən o biri tərəfinə keçmək üçün qonşu küçələrdən dolaşmalı olurlar. Bu isə şagirdlərin dərsə geçikmələrinə, yağışlı günlərdə isə ümumiyyətlə getməmələrinə səbəb olur. Dəfələrlə yerli orqanlara müraciət olunsa da, bu problemlə maraqlanan olmayıb.

Hər gün 280 saylı orta məktəbə övladını aparan valideynlərdən biri - Könül Mirzəyeva Cebhe.info-ya deyib ki, yağışlı havalarda məktəbin yolundan istifadə etmək qeyri-mümkün olur: “Bu yoldan keçmək olur? Hər gün uşağın məktəb formasını yumaqdan, təmizləməkdən yorulmuşuq. Yollarda yığılıb qalan yağış suyu həftələrlə qurumur. Gölməçəyə çevrilən yoldan keçməyə uşaqlar əziyyət çəkirlər. Buradan keçən avtomobillər də bir tərəfdən yolu keçilməz edir. Buna baxan, bir tədbir görən yoxdur. Bilmirəm bələdiyyə, icra hakimiyyəti, nazirlik hara baxır. Təhsil naziri Mikayıl Cabbarov gəlsin öz gözləri ilə görsün, bu şəraitdə məktəbə getmək olar?”.

Məktəbin ibtidai sinif müəllimi Ulduz xanım isə bildirib ki, yollar yeni asfaltlansa da, kanalizasiya xətləri çəkilməyib. Ona görə də güclü yağışdan sonra yollarda yığılıb qalmış su həftələrlə çəkilmir və palçıq qurumur: “Biz hər gün bu yolda əziyyət çəkirik. Qarşıdan qarlı, yağışlı günlər gəlir. Heç bilmirik necə olacaq? Siz hələ buranın yaxşı formasını görmüsünüz. Yağış güclü olanda məktəbin girişinə daxil olmaq mümkün olmur. Şagirdlər yolun kənarından istifadə etməyə məcbur olurlar. Bu isə vaxt aparır”.

Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa cəhd etsək də, cəhdimiz nəticəsiz qalıb.

Valideynlər naziri Suraxanıda məktəbə çağırdı: “Gəlin, öz gözünüzlə görün” - VİDEO - FOTOLARValideynlər naziri Suraxanıda məktəbə çağırdı: “Gəlin, öz gözünüzlə görün” - VİDEO - FOTOLARValideynlər naziri Suraxanıda məktəbə çağırdı: “Gəlin, öz gözünüzlə görün” - VİDEO - FOTOLARValideynlər naziri Suraxanıda məktəbə çağırdı: “Gəlin, öz gözünüzlə görün” - VİDEO - FOTOLAR