Əsas Xəbər
Beytulla Hüseynovun DYP-dəki qohumunun başı dərddə
1227

Balakişi Əhmədovun Ramiz Zeynalovun müavini təyin olunmasında BTRİB direktorunun müstəsna xidmətləri olub
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması ilə ətrafındakı şəbəkə tək-tək de-şifrə olunmaqdadır.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının rəhbəri Balakişi Əhmədovun da eks-nazirlə təmasları olub.
Bu münasibətlərin yaranmasına səbəb B.Əhmədovun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin keçmiş sədri, hazırda həbsdə olan Beytulla Hüseynovla qohumluğudur. İddialara görə, B.Hüseynovun qardaşının qızı B.Əhmədovun gəlinidir.
B.Əhmədovun Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun müavini təyin edilməsində də məhz B.Hüseynovun müstəsna xidmətləri olub.
O, yaxın qohumu Eldar Mahmudovun vasitəsilə B.Əhmədovun hüquq-mühafizə orqanlarında yüksək vəzifəyə təyin olunmasında yardımçı olub. Mənbənin sözlərinə görə, bundan sonra Balakişi Əhmədovun sabiq nazirlə yaxın münasibət yaradıb və hətta onunla işbirliyinə girməkdən belə çəkinmədiyi deyilir.
Bir müddət sonra yaxın qohumu olan Ruslan Əliyevi "Azəriqaz” İB-nın baş direktorunun müavini vəzifəsinə gətirən B.Əhmədov digər qurumlarda öz şəbəkəsini yaratmağa nail olub. İdarədə rəisdən başqa kimisə saya salmayan B.Əhmədov kifayət qədər güclü fiqur olub.
Bakı və Mingəçevir şəhərində böyük biznesə malik olan B.Əhmədov hazırda bütün strukturlara nəzarət edir.
Kifayət qədər maliyyə imkanlarına və dayaqlı fiqurlardan sayılan B.Əhmədov yaxın vaxtlarda daha böyük vəzifəyə iddialı olub.
Amma MTN işi və genralitet həbsləri, ardınca qohumu Beytulla Hüseynovun qandallanması ambisiyalarını yarımçıq qoyub. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(vizual)
Oxşar xəbərlər:

Eldar Mahmudovun bacısı oğlunun Qazax biznesi haqda daha bir iddia - “Old Qazax” restoranını italyanlar təmir edib
Əsas Xəbər
“AzEuroTel” Beytulla Hüseynovun çirkli əməllərinə şərikmiş
Ana səhifə / Əsas Xəbər
Vidadi Zeynalov haqqında 3 aylıq həbs qərarı verildi
Son xəbər
İcra başçısının müavini MTN olayına qurban getdi - Beytulla Hüseynovun qardaşı da işdən çıxarıldı
Son xəbər
Deputat Vahid Əhmədovun qardaşı oğlu həbs olundu - SƏBƏB
Siyasət