Əsas Xəbər

Rafael Cəbrayılov Azay Quliyevi «vurdu»

1903
Rafael Cəbrayılov Azay Quliyevi «vurdu»
Deputatlığa namizəd həmkarının Şirvanda açılışlarını etdiyi bütün xeyir-şər evlərini tikdirdiyinin təbliğatını aparır

46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputatlığa namizəd Rəfael Cəbrayılov əhali arasında tutarlı təbliğat apara bilmədiyindən çıxılmaz duruma düşüb. Əslən Şirvandan olan sözügedən şəxsin seçiciləri tərəfindən rədd edilməsindən bərk təsirlənən Cəbrayılov başqa vasitələrə əl atmağa başlayıb.

LİDERİNFO.AZ-a verilən məlumata görə, dünən deputatlığa namizəd ötən seçkilərdə 46 saylı dairədən deputat seçilmiş Azay Quliyevin əleyhinə danışmağa başlayıb. Deputatın yaxınlarının apardığı təbliğatda vurğulanır ki, guya, Şirvanda Azay Quliyevin indiyə qədər açılışlarına qatıldığı bütün xeyir-şər evlərinin hamısını Rəfael Cəbrayılovun pulu ilə tikdirib.

Həmin iddiaya görə, Azay Quliyev indiyə qədər Şirvan üçün etdiklərinin hamısının səbəbkarı və maddi dəstəkçisi də elə Cəbrayılov olub.

Qeyd edək ki, Rəfael Cəbrayılov ötən seçkilərdə 8 saylı Binəqədi İkinci Seçki Dairəsindən mandat sahibi olmuşdu. Azay Quliyev isə 46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputat seçilmişdi. Bu seçkilərdə isə namizədlər yerlərini dəyişiblər. Və bunun razılaşma əsasında olduğu deyilir. Amma bunun fonunda Cəbrayılovun Quliyevin əleyhinə təbliğat aparması qətiyyən başadüşülən deyil. Görünür, Şirvanda heç bir dəstək qazana bilməyən Rəfael Cəbrayılov çıxış yolunu Azay Quliyevi «vurmaq»da görür.