Əsas Xəbər

""Atəşgah" Sığortanın direktoru məndən 5000 manat istəyir ki... "- ŞİKAYƏT

1059
""Atəşgah" Sığortanın direktoru məndən 5000 manat istəyir ki... "- ŞİKAYƏT
Ağdaş rayonu N.Nərimanov küçəsində yaşayan Hüseynov Əhməd Həmid oğlu "Atəşgah" Sığortanın direktorundan şikayətlidir.

Liderinfo.az xəbər verir ki, Ə.Hüseynov DİA.AZ-a şikayət məktubu ünvanlayıb. Narazı vətəndaşın müraciətində deyilir:

""Atəşgah" Sığortanın direktoru məndən 5000 manat istəyir ki, avtomobil qəzasında mənə dəymiş 14000(on dörd min ) manat kompensasiyamı özümə versinlər.Mən isə buna razı olmadığım üçün indiyə qədər kompensasiyamı ala bilməmişəm. Belə ki, 19 may 2015-ci il tarixdə Ağdaş rayonunun Ləki kəndi ərazisində mənim idarə etdiyim "Kia " markalı 44 BR 939 dövlət nömrə nişanlı avtomobillə qarşı tərəfdən gələn Mersedes markalı 90 VT 771 nömrəli avtomobilin toquşması nəticəsində avtomobilimə ciddi zərər dəymişdir. Zərərin məbləğinin 14000 ( on dörd min ) manat olmasına dair mütəxəsis rəyi verildi ki, biz həmin sənədləri avtomobilimi kaska sığorta etdiyim "Atəşgah " Sığorta Şirkətinə təqdim etdim." Atəşgah" Sığorta Ş irkətinin rəhbərliyi mənə bildirdi ki, bu şərtlə 14000 manatı sənə ödəyəcəyik ki, 5000 manatı bizim olacaq.Mən buna razı olmadığım üçün indiyə qədər süründürməçiliyə məruz qalmışam.Bütün qanunu sənədlərim var.Avtomobilin qarşı tərəfin səhvi nəticəsində baş verməsi barədə məhkəmə sənədləri var".

Narazı vətəndaş daha sonra dia.az-a müraciətində qeyd edir: "Qəzaya səbəb olan avtomobilin sürücüsü inzibati məsuliyyətə cəlb edilib.Ancaq saxtakarlıqla, rüşvətxorluqla məşğul olan "Atəşgah " Sığortanın rəhbərliyi korrupsiya əməllərinə görə hələ də cəzalandırılmayıblar.Həttda Maliyyə Nazirliyinin yanında Sığorta Nəzarəti Ağentliyinə etdiyim müraciət əsasında aparılan araşdırma nəticəsində avtomobil qəzası nəticəsində sğorta hadisəsi olması və dəymiş zərərin ödənilməsi barədə təqdimat da göndərilib.Həmin təqdimatda icra vaxtı 5 gün qeyd edilməsinə baxmayaraq indiyə qədər icra eilməmişdir."Atəşgah " Sığorta Şirkəti indiyə qədər bu qədər müraciətlərə heç bir rəsmi cavab verməyib.Bu korrupsiyaya qurşanmış " Atəşgah" Sığorta Şirkəti əhalini yalançı reklamlarla aldadıb cibini soymaqla məşğul olur ki, bunun qarşısı alınmalı bu saxtakarlar barəsində qanunu tədbirlər görülməlidir.Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Maliyyə Naziri cənab Samir Şərifova, Baş Prokuror cənab Zakir Qaralova müraciət edib xahiş edirəm saxtakarlıqla, korrupsiya əməlləri ilə məşğul olan " Atəşgah " Sığortanın rəhbərliyi barəsində qanunu tədbirlər görəsiniz.Əhalidən isə "Atəşgah " Sığorta Şirkətinə inanmamağa xahiş edirəm, bu şirkət saxtakarlıqla əhalinin cibini soyur".

Qarşı tərəfi də dinləməyə hazırıq...