Əsas Xəbər

Dilqəm Əsgərovun qardaşı həbs edildi - Mehdiabad bələdiyyəsi və Abşeron icra nümayəndəsindən Şikayət

882
Dilqəm Əsgərovun qardaşı həbs edildi - Mehdiabad bələdiyyəsi və Abşeron icra nümayəndəsindən Şikayət
Bir ildən artıq düşmən əsirliyində saxlanılan Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov bu gün səhər saatlarında həbs edilib.

Bu barədə Hafta.az-a açıqlamasında Sahib Əsgərovun oğlu Mövlud Əsgərov məlumat verib.

Mövlud Əsgərov bildirib ki, atası tamamilə günahsız yerə həbs edilib və həbsə səbəb həyətyanı sahəsində yenicə tikdikləri ev olub:

“Hər bir sənədi-sübutu olan həyətyanı torpaq sahəmizdə, həyətimizin içində ev tikirdik. İki otaq, bir mətbəx, bir də hamamdan ibarət. Abşeron Rayon İcra Hakimiyyətinin Mehdiabad qəsəbəsi icra nümayəndəsi, bələdiyyə sədri və əllidən çox polis gəlib tikdiyimiz evi sökdülər. Atamı da söyüb təhqir etdilər. Üstəlik atamı, Dilqəm Əsgərovun qardaşını polis həbs etdi, apardılar. Təxminən bir saat əvvəl olub bu hadisə. Atam hələ də oradadır”.

Mövlud Əsgərov icra nümayəndəsi və bələdiyyə sədrinin onlara evin sökülməməsi üçün külli miqdarda dövlət rüsumu ödəməli olduğunu bildirib:

“İcra nümayəndəsi, bələdiyyə sədri və polis söküntüyə onu əsas gətirir ki, dövlət rüsumu olaraq 9 min 200 manat ödəməlisiniz, ondan sonra tikintini davam etdirə bilərsiniz. Atam da dedi ki, həmin qanunu mənə göstərin, harada yazılıbsa, mən də o pulu ödəyim. Atam onlara söylədi ki, hansı əsasla bir ev tikintisi üçün məndən bu qədər pul istəyirsiniz?! Hələ ki, bununla bağlı yuxarı instansiyalara müraciət etməmişik. Amma etmək fikrimiz var. Qoy görək bu Abşeron Rayon İcra Hakimiyyətinin yiyəsi varmı? Görək ki, bura kimə baxır, ağası kimdir. Abşeron rayonun icra başçısı, bizim icra nümayəndəsi özbaşınalıq edir”.

Mövlud Əsgərov söküntünü lentə alarkən onun telefonunun polis tərəfindən sındırıldığını da deyib:

“Ev sökülərkən bir nəfərin ayağı sürüşüb hörgünün üzərindən yıxıldı. Onu da polis aktlaşdırdı ki, guya həmin fəhləni də atam vurdu. Bundan sonra da atamı pis söyüşlərlə təhqir etdilər. Ev sökülərkən mən telefonla bunu çəkirdim. Evimizi sökürdülər. Polis dedi ki, niyə çəkirsən? Dedilər ki, çəkiliş çəkməyə ixtiyarın yoxdur. Mən də bildirdim ki, sənin bu evi sökməyə ixtiyarın yoxdur. Çünki bu barədə məhkəmə qərarı verilməyib. Saxtadırsa sökülsün, sənədi–sübutu olan evimi nə əsasla sökdüklərini soruşdum. Sonra mənim telefonumu qırdılar. Əlavə çəkiliş də var. Yoldaşım da bunu çəkirdi. Onun telefonunda baş verənlərin hamısı lentə alınıb”.

Qeyd edək ki, bu gün həbs edilən Sahib Əsgərovun qardaşı Dilqəm Əsgərov ötən ilin iyulunda öz ata-anasının qəbrini ziyarətə gedərkən işğal altındakı Kəlbəcər rayonunda erməni separatçıları tərəfindən əsir götürülüb. O, hələ də heç bir əsas gətirilmədən düşmən əsirliyində saxlanılır.

LİDERİNFO.AZ xəbər verir ki "Facebook"sosial şəbəkəsində oxucularımızdan biri Prezidentə bu hadisə ilə bağlı müraciət edib .
Bu müraciəti sizlərə təqdim edirik!

Dəyərli dostlar, çox dəhşətli bir ölkədə yaşayırıq. Bir neçə saat əvvəl Kəlbəcərə , doğma yurdu ziyarətə gedərkən şərəfsiz ermənılər tərəfindən girov götürülən Dilqəm Əsgərovun qardaşı Sahib Əşgərovun Abşeron rayonu Mehdiabad qəsəbəsində qanuni həyatyanı sahəsinə basqın edərək evini ucurmuş və özünü isə həbs etmişlər. Aşağıda bu özbaşınalığın necə baş verdiyini oxuyacaqsiniz. Mən isə başqa bir sey deyirəm. Bu özbaşınalığı həyata keçirən şərəfsizlər, bu ölkəni hara aparırsiniz." Bu məmurlar mənim canımi boğazıma yiğıblar."- deyən cənab prezident Ilham Əliyev, bax budur sizin hakimiyyətin, Azərbaycan xalqinin düşmənləri. Siz əzirlikdə olan Dilqəm və Şahbazın azadlığı üçün çalışdığınız bir vaxta həmin Dilqəmin öğlu Kürdöğlu işsizlikdən vətəni tərk edir, hələ bu azmış kimi qardaş həsrətı ilə yaşayan Sahib kişinin evi başına uçurulur. Bunun adı nədir, cənab prezident? Bir anliğa təsəvvür edin ki, qazdan ayiq ermənilər bu məlumatı və qardaşının həbs olunduğunu , başına uçurulmuş evinin fotolarıı hər gün vətənə qaytarılacağı arzusu ilə yaşayan Dilqəm Əsgərova catdirırlar. Nə baş verəcəyinin fərqindəsınızmi? Mən bu günə qədər Dilqəm haqda verilən sualları cavabsız buraxmışam. Amma indi danışmaq , Dilqəmin kimliyi haqda bir neçə kəlmə deyəcəyəm. Dilqəm bu xalqin ən qeyrətli öğüllarındandir. Əgər onun birinci Qarabağ savaşı vaxti Laçın və Cəbrayil ərazisində etdiklərindən xəbəriniz olsa, onda bilərsiniz ki, belə Dilqəm kimi oğullar az - az dünyaya gəlir.Heç birimizin cəsarət tapıb gedə bilmədiyimiz vətən torpağını Diqəm ziyarət etdi. Dostu Həsən şəhid oldu, Şahbazla birlikdə girov düşdü. Mən cənab prezidentə muraciət edirəm. Bu şərəf və ləyaqət hissini itirmiş məmurları dayandlrın. Bunlar sizi və ölkəni ucuruma aparır. Dilqəm və yaxinlarına qarşı aparilan bu ləyaqətsiz və insanlığa yaraşmayan hərəkət sizin şəxsin nüfuzunuza böyük zərbədir , düşmən dərimanına su tökməkdur. Gənclərimizin hərbi vətənpərvərlik tərbiyısinə öldürücü zərbədir. Kaş bu hadisə ilə əlaqıdar sosial şəbəkələrdə yazilanları oxuyaydiniz. Tapşiriq verin onları sizə göstərsinlər. Onda siz sadə vətəndaşların sizə və hakimiyyətinizə gercək münasibəti görəcəksiniz." Bunlar məni aldadırlar" - deməyiniz yadınızdadırmi? Daha buna nə siz ,nə də millət dözmək fikrində deyil.Sizdən bu millətin, bu dövlətin yolunda can qoymuş bir veteran Qarabağ ağsaqqalı kimi xahiş və tələb edirirəm Dilqəmin yaxınlarına, konkret onun qardaşı Sahib Əsgərova qarşı olan haqslzliğa rəvac verənləri cəzalandırasınız və millət də görsün ki, cənab prezident kimin yanindadır.Qudurmuş məmurların, yoxsa xalqın? Mən qazı , veteran və Azərbaycan xalqının qeyrətli öğullarından mənim bu müracıətimə səs verməsini xahiş edirəm. Yoxsa bunlar minlərlə qeyrətli öğlun qanı bahasına qurduğumuz Azərbaycanı günbəgün fəlakətə aparır. Paylaşmalar edin, statuslar yazın. Qoy səsimizi hamı eşitsin.Hər gün candan əziz sevdiyi üçün düşmən əlində olan Dilqəm eşqinə,Azərbaycan naminə susmayin. Yalvarlram, xahiş edirəm susmayın. Susduqca qeyrətslz daha qeyrətsiz oluruq.Hardadır bu yurdun mərd oğulları?