Əsas Xəbər

150 minlik maşın sürən məmur və dövlətin sosial yardımına möhtac insanlar

867
150 minlik maşın sürən məmur və dövlətin sosial yardımına möhtac insanlar
Səlim Müslümovun 150 minlik maşın sürən işçisi qaçqından sosial yardım üçün 800 manat istəyir.

"Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Əbülfət Qasımov dövlətin sosial yardımını almaq üçün məndən 800 manat istəyir".

Bu sözləri AzMedia.info-ya müraciət edən Ağdam rayonundan qaçqın düşmüş və Ağcabədi rayonunda məskunlaşmış Elgiz Abdullayev bildirib. Şikayətçinin sözlərinə görə Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 6 aydır sənəd verməsinə baxmayaraq onuget-gələ salır və haqq etdiyi dövlət yardımından məhrum edilib. Şikayətçinin sözlərinə görə Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Əbülfət Qasımovun adından Mərkəzin işçiləri ondan 800 manat rüşvət tələb edirlər:

"Mənə deyirlər ki, qayda belədir. Ya əvvəlcədən 800 manat verməlisən, ya da 6 ay müddətində sosial yardım kartın bizdə qalacaq. Deyirlər ki, bu barədə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Əbülfət Qasımovun şəxsi göstərişi var. Mən isə bundan imtina etdiyim üçün mənə sosial yardım vermirlər", deyə şikayətçi bildirir.

Elgiz Abdullayevin bildirdiyinə görə o məcburən bu təklifdən imtina edib: "Özünüz düşünün, əgər mən bu 800 manatı əvvəlcədən Əbülfət Qasımova verəcəmsə, onda dövlətdən sosial yardımı niyə alıram? Əbülfət Qasımovu daha varlı etmək üçünmü?"
Şikayətçi həmçinin təqribən 500 manat maaş alan məmurun sahib olduğu 150 min manat dəyərində olan lüks maşının da şəklini çəkərək bizə yollayıb:

"Əbülfət Qasımov Ağcabədinin ən varlı adamlarından biri hesab olunur. Onun Bakıda böyük mülkləri, Ağcabədidə isə çoxlu sayda obyektləri var. Elə dövlət məmurunun mindiyi maşının qiyməti 150 min manatdan artıqdır. O maşının təkcə nömrəsi mənim 10 illik gəlirim qədər edər. Bu var-dövləti Əbülfət Qasımov hansı yolla əldə edib? Dövlətin sosial yardıma ehtiyaclı olan insanlara ayırdığ vəsaitəlr hesabına. Əgər məndən 800 manat tələb olunursa, bu yüz faiz belədir. Bizə ayrılan yardımları mənimsəyərək özünə topdağıtmaz var-dövlət yığan Əbülfət Qasımovun korrupsiya əməllərini dövlət görə bilmirsə, Allah görür. Mənim başqa deyəcək heç bir sözüm yoxdur".
150 minlik maşın sürən məmur və dövlətin sosial yardımına möhtac insanlar
P.S. Ağdam qaçqınının bu ürək ağrıdan suallarını şərh etmək fikrindən uzağıq. Çünki ortada bir iddaçı və 150 min manatlıq maşın sürən bir dövlət məmuru var. Hər halda bu məsələni, yəni dövlət məmurunun hansı gəlirlə 150 min manatlıq maşın sürməsini Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və digər dövlət qurumları şərh etməlidir.

Qarşı tərəfin mövqeyi olarsa, dərc edə bilərik.