Əsas Xəbər

Təhsil müdiri Vidadi Dövlətov icra başçısının müavini vəzifəsinə GƏTİRİLİR - İslahat

2264
Təhsil müdiri Vidadi Dövlətov icra başçısının müavini vəzifəsinə GƏTİRİLİR - İslahat
Cəlilabad rayonu İcra Hakimiyyətində yeni kadr təyinatı olduğu barədə məlumat aldıq.

Hafta.az-ın əldə etdiyi məlumata görə, rayon İcra Hakimiyyətində birinci müavin vəzifəsinə yeni təyinat olub. Məlumata görə, işdən çıxarılan keçmiş müavin Asif Əzizovun yerinə rayon təhsil şöbəsinin müdiri Vidadi Dövlətov təyin edilib. Vidadi Dövlətovun icra başçısının müavini vəzifəsinə gətirilməsi rayon sakinləri arasında ciddi narazılıq doğurub. V.Dövlətovun yeni vəzifəyə gətirilməsi hələlik rəsmi şəkildə təqsdiqlənməsə də, rayon camaatı arasında birmənalı qarşılanmayıb. Yaxın günlərdə V.Dövlətovun icra başçısının müavini vəzifəsinə təyin olunmasının təsdiqlənəcəyi bildirilir.

Xatırladaq ki, avqustun 11-də prezident İlham Əliyevin Cəlilabadda bir sıra obyektlərin açılışında iştirak etməsi üçün rayona səfərindən sonra A.Əzizov işdən çıxarılıb. Mətbuatda dərc olunan xəbərlərə görə, ölkə başçısının rayona səfəri zamanı orada gedən hazırlıq işlərindən narazılıq olub. Özü də bu narazılıqlar nazirlər səviyyəsində dilə gətirilib. Hətta bəzi vəzifəli şəxslərin birbaşa A.Əzizovla mübahisəsi olduğu da qeyd olunur. Elə müavinin işdən çıxarılmasına səbəb kimi onun vəzifəli şəxslə mübahisə etməsi göstərilir.