Əsas Xəbər / Araşdırma

Ağdamın icra başçısı «cəbhə fondu»nu necə tarimar edir?

1016
Ağdamın icra başçısı «cəbhə fondu»nu necə tarimar edir?
Ağdamın icra başçısı Raqub Məmmədov hər ay hər nümayəndilikdən 20-30 nəfərə «cəbhə fondu»ndan yardım yazdıraraq külli miqdarda vəsait silir

Hər ay Raqub Məmmədovun yardım adı altında «cəbhə fondu»ndan 30-40 min manat vəsait çıxardığı iddia olunur.

Raqub Məmmədov yeni pul qazanamq “metodu” tapıb.

Belə ki, iddiaya əsasən icra başçısı hər ay ən azı hər nümayəndəlikdən 20-30 nəfərin müraciət yazdıraraq rayon büdcəsinin nəzarətində olan cəbhə fondundan xeyli pul silir. Qeyd edək ki, fövqəladə vəziyətlər və ağır şəraitdə yaşayan köçkün və qaçqınlara yardım göstərmək məqsədi ilə bütün cəbhə bölgəsi rayonlarında və işğal altında olan rayonlarda yerli büdcə hesabına rayon Maliyyə İdarələrinin nəzarəti altında formalaşan «cəbhə fondları» fəaliyyət göstərir. Həmin fonda yığılan pullar icra başçılarının müfaviq müracitələri təsdiq etməsindən sonra Maliyyə İdarələri tərəfindən xərclənir.

Ağdamdan AzFakt.com-a daxil olan məlumata görə rayon icra başçısı bütün bu maliyyə maxinasiyalarını nümayəndələrlə birlikdə həyata keçirir. Belə ki, Raqub Məmmədov hər bir nümayəndədən tələb edir ki, hər ay minmum «cəbhə fondu»ndan yardım ayrılması üçün 20 nəfərin ərizəsini ona gətirməlidirlər. Bundan başqa həfətdə bir dəfə qəbula gələn vətəndaşlar da Raqub Məmmədova maddi durumları ilə bağlı şikayətlərdə edirlər. Vətəndaşların əsasən dərman və cərahiyyə əməliyyatları üçün müraciət etdiyi deyilir. Mənbə bildirir ki, Raqub Məmmədov bir qayda olaraq ona müraciət edən şəxləri heç vaxt əli boş yola salmır. Elə buna görə də icra başçısı bir neçə yerdə deyib ki, o, hər həftə qəbula gələnlərə bir neçə min manat yardım göstərir.

Mənbə bildirir ki, Raqub Məmmədov bunu elə bir şəkildə deyir ki, sanki o pulu cibindən verir. Əslində isə həmin pullar «cəbhə fondu»ndan götürülür. Mənbə qeyd edir ki, hər ay Raqub Məmmədov yardım adı altında «cəbhə fondu»ndan 30-40 min manat vəsait çıxarır. Belə ki, hansısa maddi yardım sözü veriləcək şəxsə kənd icra nümayəndəsi başçının adına ərizə yazdırır. Həmin ərizədə maddi vəziyyətlə bağlı kömək edilməsi xahiş olunur. Ancaq ərizədə istənilən vəsaitin məbləği yazılmır və boş buraxılır.

Başçı hər ay hər nümayəndəlikdən azı 20-30 şəxsə cəbhə fondundna bu cür “yardım” etdiyi bildirilir. Bildirilir ki, Raqub Məmmədov ərizədə boş qalan yerə rahatlıqla istədiyi məbləği yazaraq maliyyə idarəsinə göndərir. Yardım üçün ayrılan həmin vəsaitlər isə bir qayda olaraq 500-1000 manat arasında dəyişir.

Qeyd edək ki, Ağdam rayon İcra Hakimiyyəti başçısının 53 nüməyəndəsi var. Mənbə iddi edir ki, Raqub Məmmədov hər ay şikayətçi vətəndaşlara təqribən 10 min manat yardım edir. Ayrılan yardımın ümumi məbləği isə 30-40 min manat arasında olur. Yəni icra başçısı hər ay «cəbhə fondu»ndan təqribən 20-30 min manat arası vəsaiti cibinə qoyur. Etiraf etməliyik ki, heç də pis qazanc deyil.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.