Əsas Xəbər
Əziz Əzizov Cəbrayıl rayonunun işğalı günündə Cəlilabadın Göytəpə qəsəbəsində möhtəşəm konsert tədbiri keçirdi- VİDEOFakt
2418

Cəlilabad rayon icra başçısı özü əslən Cəbrayıl rayonundan olmasına baxmayaraq 23.08.2015 ci il tarixində Cəlilabad rayon Göytəpə qəsəbəsində möhtəşəm konsert tədbiri keçirib.
Təəssüf hissi ilə vurğulamaq lazımdır ki, Əziz Əzizov kimiləri bu tarixi tez unudublar. Bir daha onların yadına salmaq istərdik ki,həmin günü döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib 90 nəfərə yaxın isə əsir və itkin düşüb.
Bu kimi tariximizin qara günlərində hər kəs matəm içində olarkən, bu faciənin ağrısını yaşayarkən, bizim Əziz Əzizov kimi məmurlarımız kehf məclisi qurmaqla nəyə görə Cəbrayıl camaatına hörmətsizlik edirlər?
Artıq neçənci dəfədir ki,matəm günlərində konsertlərin verilməsinin şahidi oluruq.
Misal üçün ADNA terrorunun il dönümündə Xırdalanda bayram konserti(30 aprel 2013-),
Eyni tarixdə Fazil Məmmədovun konsert təşkil etməsi,
Şou-biznes nümayəndələrinin Xocalı soyqırımı günü konsert verməsi
Və bu gun də Əziz Əzizovun Cəlilabad rayon Göytəpə qəsəbəsindəki möhtəşəm konserti.
Liderinfo.az saytının əməkdaşları həmin konsertin video lentini həvəskar kameralardan lentə alıblar.
Həmin kadrı sizə təqdim edirik .
Oxşar xəbərlər:

Yardımlıda 100 min manatlıq bayram müəmması
Ana səhifə
Gey paradda atışma
Araşdırma
Mahnı Teatrında turistlərə konsert verildi – Ruslar da film çəkdi
Redaksiya seçimi / Maraq
Cəlilabad təhsil şöbəsinin müdirinin başı dərddə
Ana səhifə / Əsas Xəbər
Çelik Bakıda konsert verəcək - foto
Maraq / Şou Biznes