Əsas Xəbər

Beynəlxalq Bankın kreditləri hara gedib? – Fotolar

766
Beynəlxalq Bankın kreditləri hara gedib? – Fotolar
Bu suala cavab tapmaq üçün uzağa getməyə ehtiyac yoxdur. Fərəh Piriyeva və Rubina Əsədova adlı şəxslərin İnstagram səhifəsinə nəzər salmaq kifayətdir.

Fərəh Piriyeva kimdir? Nizami Piriyevin qızı! Yəni Beynəlxalq Bankdan 170 milyon dollar götürüb Londonda gizlənən Nəsib Piriyevin doğmaca bacısı!

Rubina Əsədova isə Nizami Piriyevin qaynı Namiq Əsədovun qızıdır! Namiq Əsədov “Butastone” şirkətinin sahibidir. Həm də Piriyevlərin “AzMeCo” şirkətinin və digər biznes qurumlarının direktorudur.

Bu gənc xanımların sosial şəbəkələrdəki şəxsi səhifələrindən (@farahpiriyev və @rubinaasv) onların dəbdəbəli həyat tərzi haqda yetərincə məlumat əldə etmək olar. Onlar hamını milyonlarla dollar dəyərində olan brilyantları, çox bahalı əl çantaları, bohem həyat tərzləri ilə heyrətləndirməkdə davam edirlər.

Beynəlxalq Bankın kreditləri hara gedib? – Fotolar
Bəs bütün bu dəbdəbə hansı pullar hesabına əldə olunub? Ata, oğul və “müqəddəs ruh”, yəni Beynəlxalq Banka irəli sürülmüş rəsmi ittihamla tanış olandan sonra bunu bilmək çətin deyil.

Bu gənc xanımların nə işlə məşğul olması, hansı peşənin sahibi olması sirr olaraq qalır. Hər halda bu gənc xanımlar sosial şəbəkələrdə nə diplomlarını, nə elmi nailiyyətlərini, nə iş yerlərini və uğurlarını paylaşmırlar. Aydın məsələdir, paylaşmağa bir şey yoxdur.

Əvəzində onlar Piriyevlərin London yaxınlığındakı cıdırı və atları barədə səxavətlə məlumat paylaşırlar (“Baku Guards” çövkan klubu bu cıdırdadır). Öz şəxsi təyyarələri, saysız-hesabsız səyahətləri, top-dizaynerlərdən aldıqları bahalı geyimləri, eksklüziv brilyantları, Londonun ən bahalı məhəlləsi olan Redkliff Gardensdəki dəbdəbəli mülkləri… barədə ağızdolusu danışırlar. Yəni baxın, biz beləyik. Biz öz əsil-nəcabətimizə və sərvətimizə görə hətta məşhur ingilis aristokratlarından da bir baş üstünük!

Bəs necə?! Biz axı həm də gənc rəssamların və incəsənət adamlarının da xeyirxahı və hamisiyik…
Beynəlxalq Bankın kreditləri hara gedib? – Fotolar


Beynəlxalq Bankın kreditləri hara gedib? – Fotolar
Onlar buna sübut olaraq sosial şəbəkələrdə xeyli fotoşəkillər də yerləşdiriblər. Budur, onlar çövkan üzrə turnirdə VİP-lojada Monako şahzadəsi Şarlotto Kazeraqi ilə tanış olub şəkil çəkdirirlər… Budur, onlar əfsanəvi Kann festivalındadırlar…

Azərbaycan vergiödəyicilərinin və bank əmanətçilərinin pulları Beynəlxalq Bank tərəfindən görün haralara xərclənir!Baxın və düşünün…

Beynəlxalq Bankın kreditləri hara gedib? – Fotolar
Beynəlxalq Bankın kreditləri hara gedib? – Fotolar
Beynəlxalq Bankın kreditləri hara gedib? – Fotolar