Əsas Xəbər

Cəbrayılın icra başçısı Saatlıda torpaqları zəbt edib - fakt

918
Cəbrayılın icra başçısı Saatlıda torpaqları zəbt edib - fakt
Mahmud Quliyevin qohumları onun himayədarlığı ilə Saatlıda torpaqları zəbt edib

Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyevin qohumları Saaatlı rayonunda otlaq sahələrini zəbt edib. Bu barədə “Azadlıq”a Saatlı sakinləri məlumat verib. Onların sözlərinə görə, uzun illərdir ki, həmin otlaq sahələrində mal-qaralarını otarırlar. “Amma indi bu mümkün deyil. Çünki Mahmud Quliyevin qardaşı uşaqları həmin əraziləri zəbt edib. Təkcə Dövlət Torpaq Fondunun 1000 hektar ərazisini ələ keçiriblər. Bundan başqa Azadkənd kəndində əraziləri zəbt ediblər. Heç kim onlara bir söz deyə bilmir. Çünki arxalarında Mahmud Quliyev dayanır. Sakinlərə hədə-qorxu gəlirlər”.

Saatlı sakinləri məsələ ilə bağlı qəzetimiz vasitəsilə ölkə başçısı Ilham Əliyevə müraciət edirək ondan bu məsələyə diqqət ayırmasını xahiş edirlər: “Ölkə başçısı Bakıda yanan bina ilə keçirilən iclasda məmurların özbaşınalığına toxundu. Bizim diqqətə çatdırdığımız fakt da məmur özbaşınalığıdır. Ölkə başçısından xahiş edirik ki, bu məsələyə diqqət ayırsın. Təsəvvür edin, biz mal-qaramızı otarmağa yer tapa bilmirik. Bu otlaqlar uzun illərdir ki, bizim mal-qaranın örüş yeri yeri olub. Indi hansısa məmurun qohumu gəlib bu camaatın əlindən alır. Özü də heç bir qanun tanımadan”.