Əsas Xəbər

İcra başçısı qadın müavini işdən çıxardı – QALMAQAL

1605
İcra başçısı qadın müavini işdən çıxardı – QALMAQAL
Goranboy Rayon İcra Hakimiyyətinin başçısının qadın müavini Elnarə Yusifova işdən kənarlaşdırılıb.

Liderinfo.az Modern.az-a istinadən xəbər verir ki, Goranboy rayonu icra başçısı Nizaməddin Quliyev qadın müavinini işdən çıxardıb. Prezident Adminstrasiyasının hər bir rayonda icra başçıların müavinlərindən birinin qadın olması barədə tapşırığından sonra N.Quliyev də hümatinar məsələlər üzrə müavini vəzifəsinə Elnarə Yusifovanı təyin etmişdi. Artıq icra başçısı E.Yusifovanı işdən azad edib və yerinə yeni təyinat aparılıb. İndi icra başçısının hümanitar məsələlər üzrə qadın müavini Mirvari Ağamaliyevadır. Bu barədə artıq Gornaboy rayon İcra Hakimiyyətinin saytında da yenilənmə aparılıb.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən işdən çıxarılan Elnarə Yusifova səbəb kimi icra hakimiyyətindəki haqsızlıqları önə çəkib."İcra başçısı ilə aramda narazılıq oldu. Belə ki, tabeliyimdə olan müəssisələrdə yoxlamalar aparmışdım və işlərində səhvlər aşkarlamışdım. İşlərində olan nöqsanların aradan qaldırılması istiqamətində hər hansı nəticə əldə edə bilmədim və ərizə yazıb işdən ayrıldım”.

Gözlədiyi iş prinsipinin Goranboy rayon İcra Hakimiyyətində olmadığını deyən E.Yusifova işdən çıxarılan ilk qadın müavin olmasını da kəskin pisləyib."Qadın müavinlərin içərisində ilk çıxarılan mənəm və bunu pis qiymətləndirirəm. Qadınları vəzifədə irəli çəkməklə deyil ki, onların arxasında durmaq lazımdır. Ümumiyyətlə,hesab edirəm ki, işləyərəkən tabeliyimdə olan müəssisələrdə nöqsanlar bundan sonra heç düzəlməyəcək.

Əgər bu nöqsanların heç olmazsa 20 faizi həll olunmursa, o zaman bu işi aparmaq nəyə lazımdır, bu icra hakimiyyəti nəyə gərəkdir?

Bu məsələlər icra başçısı ilə də müzakirə olunub və nəticəsiz qalıb.Belə olan halda isə mən ərizəmi verdim və ayrıldım”.

Bundan əvvəl orta məktəbdə ibtidai sinif müəlliməsi, daha sonra İcra Hakimiyyətində baş məsələhətçi işlədiyini deyən keçmiş müavin Prezident Administrasiyasına müraciət edib: "Qəbula düşmək istəyirəm. Bundan sonrakı fəaliyyətimi necə istiqamətləndirmək sahəsində məsləhətlər almaq istərdim. Hələ ki gözləyirəm, bir ay əvvəl teleqram vurmuşam, məktub da yazmışam. İşdən ayrılmağıma rayon ictimaiyyəti, qohumlarım da narazıdır”.