Əsas Xəbər
Bakıdakı “Volkswagen”, “Audi”, “Seat”, “Porsche”nin icra başçısına aid olduğu təsdiqləndi
1556

Sabunçu rayonu İcra Hakimiyəti modern.az saytında yer alan “Bakıda icra başçılarının sahib olduqları restoranlar, ticarət obyektləri, tikinti şirkətləri – SABUNÇU” başlıqlı məqaləsinə cavab verib
Saytın suallarını icra başçısına çatdırmaqdan imtina edən köməkçi Müslüm Mahmudov yalnıız yazı dərc olunduqdan sonra açıqlama vermək qərarına gəlib. Eyni zamanda yazılanların reallığı əks etdirdiyini bildirib. Biz də obyektivlik naminə həmin açıqlamanı tədim edirik:
“Doğrudur Adil Vəliyev icra başçısı təyin olunmazdan əvvəl həqiqətən də “Sarı gəlin” şadlıq sarayı olub. 3 il əvvəl icra başçısı təyin olunan zaman Adil müəllim şadlıq sarayını satıb. Amma məqalədə qeyd etdiyiniz kimi o, Şakir Alıyevlə ortaq olmayıb. Şakir Alıyev “Sarı gəlin “şadlıq sarayının direktoru vəzifəsini icra edib. Hazırda isə rəsmi olaraq Adil Vəliyevə məxsus şadlıq sarayı yoxdur”.
Müslüm Mahmudov avtomobillərlə bağlı məqamın da reallığı əks etdirdiyini vurğulayıb: “Bəli, Adil müəllim “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdəki rəsmi importyorudur. Sadəcə vəzifədə olduğundan bu işlərlə oğlu Ənvər Vəliyev məşğul olur. İcra başçısı şəxsən bizneslə məşğul deyil”.
Adil Vəliyevin Sabunçu ərazisində ticarət obyektləri, çoxmərtəbəli binalarının olduğu barədə məsələyə isə aydınlıq gətirilməyib.
Oxşar xəbərlər:

İrşad Əliyev 1 milyon manat rüşvəti hara verdi? (ŞOK TƏFƏRRÜATLAR)
Ana səhifə
Bakıda icra başçılarının sahib olduqları restoranlar, ticarət obyektləri, tikinti şirkətləri - SABUNÇU
Əsas Xəbər
Ağsunun icra başçısı kimin qəzəbinə tuş gəlib... - Onun "oyunu" Avropa oyunlarından sonra bitir...
Əsas Xəbər
Baş redaktorun qardaşını həbsxanada döydülər
Əsas Xəbər
Elman Rüstəmovun "çiçəklənən" biznesi... - Ölkənin baş bankiri biznesi naminə yaşıllıqları qurban verir...
Ana səhifə