Dünya

Yunanıstan Türkiyəyə görə saatda 7 min xərcləyir

555
Yunanıstan Türkiyəyə görə saatda 7 min xərcləyir
Türkiyənin “Vətən” qəzeti borc içində batan Yunanıstanla bağlı maraqlı yazı dərc edib.

Liderinfo.az xəbər verir ki, Murat Çəlik imzalı yazıda yunanların bir sentin hesabını apardığı, lakin müdafiə xərclərini azaltmadığı qeyd olunub. Müəllif bunun səbəbkarının Türkiyə olduğunu bildirib:

“Afina az qala hər sentin hesabını aparır, lakin müdafiə xərclərini azaltmır. Yunanıstanın müdafiə üçün xərclədiyi pulun 80 faizinin səbəbkarı Türkiyədir. Yunanlar hər 100 avroluq hərbi xərclərin 80 avrosunu Türkiyəyə qarşı edir. Ölkənin müdafiə büdcəsində ən böyük yeri isə Egey dənizindəki hərbi gəmilərin və qırıcıların fəaliyyəti tutur. Yalnız bir rəqəm verəcəyəm. Tək F16 qırıcısının bir saatlıq uçuş xərci təxminən 6 min 700 avroya başa gəlir. Ortaya çıxan ümumi xərci siz hesablayın”.

Qeyd edək ki, Egey dənizində tez-tez yunan və türk qırıcıları arasında gərginlik yaşanır.