Dünya / İdman

Bakı-2015: Yana Alekseyevna “bürünc”lə kifayətləndi

633
Bakı-2015: Yana Alekseyevna “bürünc”lə kifayətləndi
Bu Azərbaycan millisinin 47-ci mükafatı olub

Birinci Avropa Oyunlarında boks yarışlarının növbəti mərhələsinə start verilib.

Liderinfo.az-ın məlumatına görə, bu gün qadın və kişi boksçular 57-60, 60, 69, 75, 91, 51-54, 60-64, 52, 64 və +91 çəki dərəcələrində medallar uğrunda mübarizə aparırlar.

Ölkəmizi qadınlar arasında yarımfinalda 57-60 kq çəki dərəcəsində Yana Alekseyevna yarımfinalda olduqca çətin rəqiblə qarşılaşıb. Təmsilçimiz Olimpiya çempionu, dörd dəfə dünya və beş dəfə Avropa çempionatının qalibi Keti Teylorla (İrlandiya) döyüşüb. Gərgin keçən qarşılaşma daha təcrübəli rəqibin çətin qələbəsi ilə yekunlaşıb. Bakı-2015-in beynəlxalq idman elçisi olan irlandiyalı boksçu 2:1 hesabı ilə qalib gəlib.

Alekseyevna yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Bu, boks komandamızın 5-ci, ümumilikdə Azərbaycan millisinin 47-ci mükafatı olub.

Kişilər arasında yarımfinalda isə 60 kq çəki dərəcəsində Albert Səlimov, 69 kq çəki dərəcəsində Pərviz Bağırov, 75 kq çəki dərəcəsində Xaybula Musalov və 91 kq çəki dərəcəsində Abdulkadir Abdullayev təmsil edəcək.

Kişilər arasında 52 kq çəki dərəcəsində Elvin Məmişzadə və 64 kq çəki dərəcəsində Sotomayor Kollazo finalda çıxış edərək ölkəmizə qızıl medallar qazandırmağa çalışacaqlar.