Dünya / İdman

Anna Əlimərdanova bürünc medal qazandı

708
Anna Əlimərdanova bürünc medal qazandı
Azərbaycanı qadınların 54 kq çəki dərəcəsində təmsil edən Anna Əlimərdanova yarıminalda məğlub olaraq bürünc medal qazanıb.

Lent.az-ın məlumatına görə, o, yarımfinalda Yelana Saveleva ilə üz-üzə gəlib. Görüş rusiyalı boksçunuz 3-0 hesabı ilə qalibiyyəti ilə başa çatıb. Bununla Anna Əlimərdanova bürünc medala layiq görülüb.

Bu gün boks yarışlarında idmançılarımız 4-ü final, Teymur Məmmədov isə qızıl medal uğrunda mübarizə aparacaq. Lent.az-ın məlumatına görə, 52 kq çəki dərəcəsində Elvin Məmişzadə finala çıxmaq üçün almaniyalı Hamza Tuba ilə üz-üzə gələcək.
64 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Lorenzo Sotomayar yarıminalda Ukrayna idmançısıViktor Petrovla qarşılaşacaq.

+91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov rusiyalı Qasan Gimbatovla finala çıxmaq üçün döyüşəcək.



Kişilərin 81 kq çəki dərəcəsində millimizin üzvü Teymur Məmmədov final qarşılaşmasına çıxacaq. O, qızıl medal uğrunda italiyalı Valentino Manfredoniya ilə döyüşəcək.


Qeyd edək ki, artıq boks yığmamızın aktivində 1 bürünc medal var.

Biz izləməyə davam edin