Dünya / İdman

Azərbaycan taekvondoçusu yarımfinala çıxıb

570
Azərbaycan taekvondoçusu yarımfinala çıxıb
Bu gün Bakı-2015 I Avropa Oyunlarında taekvondo yarışları başa çatacaq
]
Liderinfo.az-ın saytının məlumatına görə, yarışların son günü ağır çəkili taekvondoçular - kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

Azərbaycan millisi hər 2 çəki dərəcəsində təmsil olunur.

Kişilər arasında +80 kq çəki dərəcəsində Radik İsayev 1/4 finalda Jeron Vanruiju (Hollandiya) 8:6 hesabı ilə məğlub edərək, 1/2 finala vəsiqə qazanıb.


Qadınlar arasında +67 kq çəkidə 21 yaşlı Mariya Tedeyeva ilk döyüşündə ukraynalı Marina Koniyeva ilə qarşılaşıb və məğlub olub – 4:10. Koniyeva finala yüksələrsə, Tedeyeva bürünc medal uğrunda çıxışını davam etdirəcək

Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.