Dünya / Əsas Xəbər

Belarusda nə baş verir? - Putin izah etdi

Belarusda nə baş verir? - Putin izah etdi
LIDERINFO.AZ xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclasında Belarusdakı vəziyyəti qiymətləndirərkən deyib.


Putinin sözlərinə görə, Belarus ətrafında baş verənlər "ümumi təhlükəsizliyimizə qarşı açıq bir çağırışdır". O, kənardan Belarusa qarşı hər hansı bir qərarın tətbiq edilməsinin qəbuledilməz olduğuna inandğını bildirib.


Putin bunun ölkənin "suverenliyini kobud şəkildə pozması" olduğunu, "cəmiyyəti parçalamaq" istəyi ilə yanaşı, "dövlətin inkişaf vektorunu dəyişdirmək, çoxdan formalaşmış siyasi, iqtisadi və humanitar əlaqələri qırmaq" niyyətləri barədə də fikrini dilə gətirib. Belarus səlahiyyətliləri indi sanksiya və təxribatlar, habelə "informasiya və təbliğat müharibəsi" ilə üz-üzədirlər.


"Xaricdən kiminsə Belarus xalqına qarşı müəyyən qərarlar qəbul etməsini qəbuledilməz hesab edirik. Belarusların sakitcə öz-özünə işlərini həll etməsinə icazə verməliyik”, - Putin deyib.



Xatırladaq ki, avqustun əvvəlindən - prezident seçkilərindən bəri Belarusda etiraz aksiyaları dayanmır.