Dünya / İdman

Xanım taekvandoçumuz yarımfinalda

722
Xanım taekvandoçumuz yarımfinalda
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında daha 2 çəki dərəcəsi üzrə taekvondo yarışları keçiriləcək

Qadınlar 67 kq, kişilər isə 80 kq çəki dərəcələrində mübarizəyə başlayacaqlar. Kişilərin yarışında Azərbaycanı Milad Beygi Harçeqani təmsil edəcək. Onun ilk rəqibi serbiyalı Damir Feyziç olacaq.

Qadınların mübarizəsində isə Fəridə Əzizova ilk döyüşünə çıxacaq. F.Əzizova ilk görüşündə hollandiyalı Joys van Baarenlə üz-üzə gələcək. Hər iki çəkidə qələbə qazanan taekvondoçular 1/4 finala yüksələcəklər.


Fəridə Əzizova rəqibinə 2:0 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə yüksəlib. Taekvondoçumuz növbəti mərhələdə türkiyəli Nur Tatar ilə üz-üzə gələcək.



Azərbaycan təmsilçisi Milad Beiqi Harçeqani serbiyalı Damir Fejzicə 12-0 qalib gələrək növbəti mərhələyə çıxıb.

Fəridə Əzizova türkiyəli idmançıya qarşı mübarizəyə başlayıb. Görüşdə təmsilçimiz 6:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəldi.

Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 yarış günündə ölkəmizin 4 taekvondoçusu çıxış edib. Onlardan Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.